Sayaç
free counters

Qazaxıstanın paytaxtı Astanada “Qara yanvar – müstəqilliyə doğru yol” adlı fotosərgi keçirilib


Azərbaycanın Qazaxıstandakı Səfirliyi tərəfindən təşkil edilən sərgi bu ölkənin Birinci prezidenti Nursultan Nazarbayevin Kitabxanasının Muzeyində baş tutub.

Sərgi Muzeyin “Mədəniyyət vasitəsilə dialoq” adlı beynəlxalq layihəsi çərçivəsində nümayiş olunub. Fotomateriallar “Azərtac” Azərbaycan dövlət informasiya agentliyi tərəfindən təqdim edilib. Fotosərgi 20 yanvar tarixinə kimi fəaliyyət göstərəcək. Tədbirdə ictimai-siyasi xadimlər, qeyri-hökümət təşkilatının nümayəndələri və diasporun fəalları iştirak edib. Qazaxıstanın birinci prezidenti Birinci prezidenti Nursultan Nazarbayevin Kitabxanasının Muzeyinin direktoru Beysinbay Jumabekov bildirdi ki, bu tədbir bir daha onu göstərir ki, Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi unudulmayıb və Qazaxıstanda Jeltoksan hadisələri və qanlı 20 yanvar qardaş xalqların müstəqilliyi, dövlətçiliyinin bərpası uğrunda mübarizədə həlak olmuş şəhidlərin misilsiz qəhrəmanlıqları vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürü olduğu bu sərgidə bir daha öz təsdiqini tapıb. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə çıxışında vurğuladı ki, bu tarix Azərbaycan xalqının mübarizə tarixində ən şanlı səhifələrdən biridir. Odur ki, hər bir azərbaycanlının borcu Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini daim yad eməlidir. Sonra qonaqlar sərgi ilə tanış oldular. Nümayiş olunan fotoşəkilllərdən də əyani görünür ki, Azərbaycan xalqı bu ağrılı günlərdən mərdliklə çıxıb və müstəqilliyin təməlini tarixlərdən silinməyəcək izlər qoyub. Keçmiş sovet dövlətinin hərbiçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə hər bir fotoda öz əksini tapıb. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyəti bütün dünyaya bir daha nümayiş etdiriləcək.

Leave a Reply