Sayaç
free counters

Hakkımızda

26 Ocak 2012 yılında ALTIN KÖPRÜ Dergimiz TÜRKSOY Onur Ödülünü Aldı.

Ramiz Abbas oğlu MƏŞƏDİHƏSƏNLİ
Qazaxıstan dövlət radiosu – Türkcə və Azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı, Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri və www.ahiskapress.com İnternet xəbər portalının redaktoru, Qazaxıstan Azərbaycanlarının “VƏTƏN” qəzetinin baş redaktoru və www.vatanpress.com İnternet xəbər portalının redaktoru, “TÜRKEL” qəzetinin və “TÜRKEL EKSPRESS” əlavə qəzetinin, “ALTIN KÖPRÜ” jurnalının baş redaktoru, Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü, Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, TMB (Türk Musiqi Birliyi) telekanalının Orta Asiya nümayəndəsi, Qırğızıstan-Türkiyə “Manas” TV radiosunda “Dostluq köprüsü” verilişinin müəllifi və aparıcısı, Qazaxıstan “Azərbaycanlıları assosiasiyası” Respublika İctimai Birliyi sədrinin mətbuat işləri üzrə müavini, Atatürk-Alatoo Universitetinin filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimi, filologiya elmləri namizədi, Beynəlxalq dərəcəli jurnalist, AzTv-nin Almaniya və Mərkəzi Avropa ölkələri (1996-2003) və Orta Asiya üzrə (2003-2006) müxbiri olub, Azərbaycan Müdafiə Nazirliyinin “Şah İsmayıl Xətai” adına Fəxri Fərman mükafatçısı.

Hökümə Bəhram qızı XƏLİLOVA

Höküme HALİLOVA

Beynəlxalq “TÜRKEL” Fondunun prezidenti, Qazaxıstan dövlət radiosu – Türkcə və Azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı, Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri və www.ahiskapress.com İnternet xəbər portalının moderatoru, Qazaxıstan Azərbaycanlarının “VƏTƏN” qəzetinin redaktoru və www.vatanpress.com İnternet xəbər portalının moderatoru, “TÜRKEL” qəzetinin və “TÜRKEL EKSPRESS” əlavə qəzetinin, “ALTIN KÖPRÜ” jurnalının baş redaktor müavini, Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü, Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, TMB (Türk Musiqi Birliyi) telekanalının Orta Asiya nümayəndəsi, Qırğızıstan-Türkiyə “Manas” TV radiosunda “Dostluq köprüsü” verilişinin müəllifi və aparıcısı, Qazaxıstan “Azərbaycanlıları assosiasiyası” Respublika İctimai Birliyi sədrinin mədəniyyər işləri üzrə müavini, Atatürk-Alatoo Universitetinin filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimi, Dünya Azərbaycanlıları Konqresi və Qırğızıstan Qadınlar Şurasının üzvü.

Ramiz MEŞEDİHASANLI

Qırğızıstanda sosial partlayış ehtimalı qalır
Ramiz Məşədihəsənli: “Qırğız parlamenti ölkədəki ən yüksək zirvələrdən birinə Putinin adını verdi”

Azərbaycanın tanınmış telejurnalistlərindən olan Ramiz Məşədihəsənli artıq bir neçə ildir ki, Orta Asiyada yaşayır və fəaliyyət göstərir. O, Qazaxıstanda və Qırğızıstanda “Türkel” və “Vətən” qəzetlərinə, həmçinin “Altın körpü” jurnalına baş redaktorluq edir. Qırğızıstandan suallarımızı cavablandıran Ramiz Məşədihəsənlidən əvvəlcə rəhbərlik etdiyi mətbuat orqanları haqda ətraflı bilgi verməsini xahiş etdik:

– “Türkel” və “Vətən” qəzetləri, “Altın körpü” dərgisi artıq bir neçə ildi çap olunur və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmaqdadır. Sevindirici haldır ki, bu mətbu orqanlarımızın tirajı da getdikcə artmaqdadır. Məsələn, Qazaxıstan azərbaycanlılarının qəzeti olan “Vətən” 3 il əvvəl 2 min nüsxə ilə nəşrə başlamışdısa, hazırda sayı 10000-ə çatıb.

– Bildiyimizə görə, bu yaxınlarda yeni xəbər portalınız da fəaliyyətə başlayıb…

– Bu TürkelPress Xəbər Agentliyinin özülüdür (www.turkelpress.com). Ulu Türküstanda eyniadlı bir xəbər agentliyinin qurulmasına çoxdan ehtiyac duyulduğu üçün bir az gecikmə ilə onu həyata keçirməyə başladıq. Bir aya yaxındır fəaliyyət göstərən “TürkelPress”ə 30-dan çox dünya ölkələrinin internet izləyiciləri qatılmağa nail olublar və gündən-günə də ölkələrin sayı artmaqdadır. Xəbər agentliyimizin səhifələri bütün türkkökənlilərin üzünə açıqdır.

– Hazırda Qırğızıstandakı ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

– Ölkədə ictimai-siyasi durum hər an yenidən dəyişə bilər. Sosial vəziyyət ağır və dözülməz olduğu təqdirdə, siyasi partlayış ehtimalı var. Hələlik isə koalisiya hökuməti ölkə büdcəsini təyin etməklə məşğuldur. Büdcənin hələ də parlamentdə təsdiq olunmaması bir ay öncə İqtisadiyyat və Sosial müdafiə nazirlərinin istefası ilə nəticələndi. Baş nazir Almazbek Atambayev hökumət qurulan kimi əvvəlcə Rusiya, sonra Türkiyə və Qazaxıstana ziyarət edərək bu ölkələrdən maddi dəstək istədi. Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğanın fevralın 1-2-də Qırğızıstana gerçəkləşən səfəri zamanı Türkiyə hökuməti keçənilki kimi bu il də təmmənasız olaraq 10 milyon dollar maliyyə yardımı göstərəcəyini bəyan etdi, eyni zamanda TİKA xətti ilə Qırğızıstanın Güney bölgəsinin bərpasına daha 15 milyon dollar dəstək veriləcək.Qeyri-sabit və qarışıqlıqlar zamanı xeyli əcnəbi firma və şirkətlər Qırğızıstanı tərk etdisə, ancaq yeni iş adamları, sərmayəçilər də gəlməkdədir. Politoloqların fikrincə, ölkədə əgər 3-cü çevriliş cəhdi olarsa, ölkənin durumu həddindən ağır və çıxılmaz olacaq.

– Qırğızıstandakı yeni hakimiyyət dönəmində sizin işlərinizdə hər hansı problemlər yaranmayıb ki?

– Acınacaqlı duruma düşən bir türk ölkəsi şimal qonşusundan asılı olduğu halda, bu birliyimizin möhkəmlənməsindən və buna tez nail olmaqdan söhbət gedə bilməz. Kənardan baxana döyüş asan gəlir. Yenə də ümidvarıq ki, kökünü, soyunu və türkə bağlılığını tam itirməmiş Qırğızıstan həm türk birliyini, həm MDB, həm də Şanxay İşbirliyini istəyir. Bir həftə qabaq isə Qırğız parlamenti ölkədəki ən yüksək zirvələrdən birini Putinin adına əbədiləşdirdi. Burada 3 il əvvəl eks-prezident Kurmanbek Bakiyevin parlamentdə etdiyi çıxışdan bir məqam yadıma düşdü. O deyirdi ki, ölkədə vəziyyət çox ağırdır. Donor ölkələrə müraciət edək ki, bizə də maddi yardım göstərsinlər. Salondan bir millət vəkili dedi ki, yoldaş prezident, donor ölkələr bu cür yardımı ancaq üçüncü sinif ölkələrə, zəncilərə verirlər. Bakiyev isə cavabında: “Üzümüzü zənci kimi qara rəngə boyayarıq, təki yardım versinlər”, demişdi. Yəqin ki, hər şey aydındır. Əlavə şərhə də ehtiyac yoxdur. Bir faktı da qeyd edim ki, burada TÖMER – Türkiyə Türkcəsi Öyrətim Mərkəzi fəaliyyət göstərir ki, ötən 17 ildə minlərlə qırğızıstanlı türk dilini mənimsəməyə nail olub. Yəni Bişkekdə küçədə, mərasimdə rastlaşdığın hər 4 nəfərdən biri türkcə danışır. Əlbəttə, bu, sevindirici haldır.

Bizim isə burada qarşılaşdığımız bir problem yoxdur. Ölkədəki yerli KİV kimi bizə də münasibət eynidir. Çox demokratik bir respublikada fəaliyyət göstərdiyimizi hiss edirik.

Aqil CAMAL

http://www.ekspress.az/2011/02/26/get=34236

 

RAMİZ BEYİ DOĞUM GÜNÜ NEDENİ İLE TEBRİK EDİYORLAR!

Ad gününüz münasibeti ile tebrik edir,uzun ömür,cansağlığı arzulayıram.
Sabircan Calil
Bakü.

Doğum Gününüz Mübarək!
Elman Ceferli
Azerbaycan.

Doğum gününüz kutlu olsun!
Timur Han Ahıskalı.

Çox deyerli insan Ramiz beyin doğum gününü ürekden tebrik edir,canının sağ,başarılarının daimi olmasını dileyirem…
Mayis Alizade
Türkiye.

Sağlıkla ve mutlulukla nice güzel yaşlara…
Süheyla Dönmez
Almatı

Ramiz Bey doğum gününüz kutlu olsun!
Muammer Iğdeş
Almatı TÖMER

Doğum gününüz kutlu olsun Ramiz bey.
Muhammet Türkyılmaz
Kazakistan.

Deyerli ziyalimiz Ramiz muellim!Ad gununuzu tebrik edirem ve azru edirem gelen yashinizi BUTOV AZERBAYCANIN vetendashi kimi qeyd edesiniz.
Eluca Atali
İsviç.

Tebrikler Ramiz muellim. En esas size can sagligi ve iwlerinizde ugurlar arzulayiram.
Elchin Huseyn
Trend Ajansı – Bakü.

Täbriklär!!!
Azer Hasret
Bakü.

doğum gününüz kutlu olsun Ramiz Bey, nice mutlu yıllara…
Zuhal Snmz
Türkiye.

KUTLU MUTLU VE HERŞEY GÖNLÜNÜZCE OLSUN…
Zekeriya Başarslan
Kırım Türkü – Türkiye.

Doğum gününüz qutlu olsun!
Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı-Bakü.

Azərbaycanlı jurnalistlərə Qazaxıstan Xalqları Assambleyasının fəxri fərmanı verilmişdir
Astana, 5 dekabr (AZƏRTAC). Prezident günü münasibəti ilə Qazaxıstan Xalqları Assambleyasında (QXA) keçirilən mərasimdə ölkədə fəaliyyət göstərən jurnalistlərə QXA-nın fəxri fərmanları verilmişdir.

Mərasimdə QXA-nın nümayəndəsi Eralı Tuqjanov bu münasibətlə jurnalistləri təbrik etmiş, Qazaxıstanda dostluğun və millətlərarası sabitliyin qorunmasında jurnalistlərin böyük rolu olduğunu bildirmişdir.

Fəxri fərman alanlar arasında “Türkel”, ”Vətən” qəzetləri və “Altın körpü” jurnalının baş redaktoru Ramiz Məşədihəsənli və onun müavini Hökumə Xəlilovanın da adı vardır.

Prezident günü münasibəti ilə keçirilən Qazaxıstan Redaktorlar Klubunun iclasında isə Ramiz Məşədihəsənli və Hökumə Xəlilova klubun üzvləri seçilmişlər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

http://azertag.az/xeber/Azerbaycanli_jurnalistlere_Qazaxistan_Xalqlari_Assambleyasinin_fexri_fermani_verilmisdir-195048

Sosial həyat
Orta Asiyada ziyalılarımız ölkəmizi ləyaqətlə təbliğ edir
Azərbaycanla Orta Asiya ölkələri arasında ictimai-mədəni əlaqələr genişləndikcə, xalqlar bir-birlərinin mədəniyyəti, ənənələri ilə daha yaxından tanış olurlar. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın, eləcə də ziyalılarımızın bu işdə fəaliyyəti isə danılmazdır. Bu yaxınlarda Bakıya səfər etmiş Qazaxıstanda yaşayan soydaşımız, Ahısqka Mətbuat Mərkəzinin həmsədri, “Vətən”, “Türkel” qəzetlərinin, “Altun körpü” dərgisinin baş redaktoru Ramiz Məşədihəsənli və “Vətən” qəzetinin redaktoru, filologiya elmləri namizədi Hökümə Xəlilova da belə insanlardandır.
Bir qrup fəal tələbə ilə görüşən qonaqlar fəaliyyətləri barədə ətraflı məlumat verdilər. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu Seymur Həsənli qonaqlara türk dövlətlərinin gəncləri ilə qurduqları əlaqələr barədə məlumat verdi və gələcəkdə bu cür əlaqələri daha da inkişaf etdirəcəklərini vurğuladı.
Uzun müddət Azərbaycan jurnalistikasında fəaliyyət göstərmiş, ölkəmizin Dövlət Televiziyasının Almaniya təmsilçisi olmuş Ramiz Məşədihəsənli gənclərə Qazaxıstan və Qırğızıstandakı fəaliyyətlərindən söhbət açaraq bildirdi ki, rəhbərlik etdikləri mətbu nəşrlər özbək, qazax, Azərbaycan türkcələrində, eləcə də rus dilində işıq üzü görür. Vətəndən kənarda yaşasaq da, daima mətbu orqanlarda Azərbaycanın yürütdüyü siyasət, Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizin mədəniyyəti və inkişafı barədə məlumat verir və Orta Asiya dövlətlərində ölkəmizlə bağlı obyektiv informasiyanın yayımına çalışırıq. Bizim “Türkel” qəzetinin bir sıra ölkələrdə təmsilçiləri var və qəzet Türkiyənin Prezidenti Abdulla Gül, eləcə də Baş naziri Rəcəb Tayyip Ərdoğan tərəfindən yüksək qiymətləndirilib. Bunun nəticəsi kimi qəzet redaksiyasının daha keyfiyyətlə çalışması üçün TİKA şirkəti tərəfindən bizə texniki avadanlıq verilib.”
Ortaq türk dili məsələsinə toxunan R. Məşədihəsənli yaxın gələcəkdə Qazaxıstanda açılış mərasimi gerçəkləşəcək türkdilli xalqların ortaq dil Akademiyasını nümunə gətirib. Onun fikrincə, Qazaxıstan Prezidenti N.Nazarbayevin təşəbbüsü ilə qurulmuş bu Akademiya türk xalqlarının ortaq dilinin formalaşmasında, xalqlar arasında ünsiyyətin daha da sürətlənməsində böyük rol oynaya bilər.
Hökümə Xəlilova R. Məşədihəsənli ilə birgə Qırğızıstanın Atatürk-Alatau Universitetində sonuncu kurs tələbələrinə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirlər. Qırğız tələbələr Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, eləcə də tarixi memarlıq abidələri ilə yaxından maraqlanırlar. Qonaqlar həmçinin bildirdilər ki, hazırda Qazaxıstan dövlət radiosunda Azərbaycan haqqında həftədə 40 dəqiqəlik veriliş yayımlanır. Bununla yanaşı, “Manas FM 102.9” radio dalğasında Azərbaycan dilində yayımlanan “Dostluq körpüsü” Qırğızıstan-Azərbaycan arasındakı mədəni əlaqələrə işıq salır. Hökümə Xəlilova Orta Asiyada yaşayan soydaşlarımız haqqında məlumatında bildirdi ki, repressiya illərində vətənlərindən Orta Asiyaya sürgün olunmuş Şıxlinskilər, Rəfibəylilər kimi tanınmış nəslin nümayəndələrinin davamçıları indi də orada yaşayırlar. Onların taleyi, keçdikləri acılı-şirinli ömür yolu isə xalq şairi Zəlimxan Yaqubun bu yaxınlarda işıq üzü görmüş “Sürgün” kitabında öz əksini tapıb. Vətəndən uzaqda yaşayan soydaşlarımızla daima əlaqələr yaratdıqlarını bildirən H.Xəlilova bu dəfə də qəzet və dərgilərində onların marağına səbəb olacaq materiallar hazırlayacaqlarını söylədilər. “Altun-köprü” dərgisində, eləcə də qəzetimizdə çalışırıq ki, Azərbaycanda, digər türk dövlətlərində baş verən ən mühüm ictimai-mədəni hadisələri işıqlandıraq. Dərgimizin növbəti sayında səfər təəssüratlarımız, eləcə də ölkəmizin müxtəlif səfalı yerlərindən reportajlar olacaq. Ümid edirik ki, bu yazılar və fotolar vətəndən uzaqda yaşayan soydaşlarımızın sevincinə səbəb olacaq.” Qonaqlar Orta Asiyada fəaliyyət göstərən diaspor təşkilatlarımızla, eləcə də Qazaxıstanda Ziyəddin İsmixanoğlunun rəhbərlik etdiyi Ahısqka türklərinin dərnəyi ilə əməkdaşlıq etdiklərini də bildirdilər.
Ziyalılarımızın uğurlu və məhsuldar fəaliyyəti Qazaxıstan və Qırğızıstanda da yüksək qiymətləndirilib. Onlara hər iki ölkənin xalqlarının assambleyalarının fəxri fərmanları təqdim edilib. “Türkel” qəzeti isə Qırğızıstanda xarici mətbuat nümunələri arasında birinci diploma layiq görülüb. Qazaxıstanda fəaliyyət göstərən Türk Dünyası Assosiasiyasının vitse-prezidenti, hüquqşünas Yəhya Əliyev də xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətindən söhbət açdı və qonaqlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı. Qırğızıstandakı son olaylara toxunan qonaqlar baş verən hadisələrin tezliklə nizama düşəcəyininə ümid etdiklərini bildirdilər. Onların fikrincə, hansı proseslərin baş verməsindən asılı olmayaraq, Qırğızıstan-Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin qədim kökləri var və yeni formalaşacaq hökümət də bu əlaqələrin inkişafında öz töhfələrini verəcək. Sonda qonaqlar gəncləri maraqlandıran suallara cavab verdilər.
{nl}

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

http://www.xalqqazeti.com/az/news/skip/700

Qazaxıstan azərbaycanlıları
Elxan Zal Qaraxanlı

Qazaxıstanla əlaqələrim xeyli vaxtdır başlayıb. Daha doğrusu, mən qazax ədəbiyyatını yaxşı bilsəm də, bu xalqın ilk tanıdığım böyük adamı Oljas Suleymenov olub. Əksər azərbaycanlılar kimi, mən də qazax xalqının böyük nümayəndəsi kimi ilk dəfə Oljası tanımışam. Əlbəttə, Cambul, Abay, Muxtar Auezov kimi ədəbiyyat adamları Azərbaycanda tanınırdılar, amma biz bu ölkəni daha çox Oljasla tanımışıq. Oljas Suleymenovun yaradıcılığı son dövrlərə qədər Azərbaycanda az tanınsa da, onun “Az İ Ya” əsəri və Qarabağ savaşında xalqımıza verdiyi dəstək bu dünya şöhrətli adamı ölkəmizdə də məşhur edib. Mən xalqımızın bu böyük dostunun poetik irsinin böyük hissəsini Azərbaycan dilinə çevirib xalqımıza tanıdandan sonra, məndə bu böyük türk ölkəsinə böyük maraq yarandı. Mən bu ölkənin bir çox müəlliflərini Azərbaycan dilinə çevirib nəşr etdirdim, baş redaktoru olduğum “Ulu Çinar” jurnalının bir sayını Qazaxıstana həsr etdim. Bu prosesdə bir şeyi anladım ki, biz qazax xalqı ilə qohum xalq olmaqla yanaşı, həm də eyni tale yaşayan xalqıq. Sovetlər dövründə on minlərlə azərbaycanlı Qazaxsıtana sürgün olunub və bu gün Qazaxıstan cəmiyyətinin tərkib hissəsinə çevrilib.

Rəsmi məlumatlara görə hal-hazırda Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə üç yüz min azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar.

Qazaxıstan azərbaycanlıları Qazaxıstanın bütün ərazisində məskunlaşmışlar. Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti XX əsrin 30-cu illərinin siyasi repressiya dövründə oraya məcburi köçürülənlər və onların övladlarıdır. Onların içərisində dövlət və hökumət strukturlarında, icra və seçkili orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər də az deyildir. Eyni zamanda onlar Qazaxıstan Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar. Bununla yanaşı, həmvətənlərimiz Qazaxıstan Respublikasında özlərinin bir neçə milli-mədəniyyət təşkilatlarını yaratmışlar. Almatıda “Turan”, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası, Aktyubinsk vilayətində “Dostluq”, Cambul vilayətində “Azəri”, Qərbi-Qazaxıstan vilayətində “Birlik”, Qaraqanda vilayətində “Namus”, Kustanay vilayətində “Heydər”, Pavlodar vilayətində “Vətən” və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu cəmiyyətlər eyni zamanda Qazaxıstan prezidenti cənab Nursultan Nazarbayevin başçılıq etdiyi “Qazaxıstan Xalqları Assamleyası”nın üzvləridir. Paytaxt Astanada “Xəzər” milli-mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu təşkilatların ən fəalı və ən nüfuzlusu isə Almatıda fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasıdır. Quruma tanınmış iş adamı Əbülfəz Xamidov rəhbərlik edir. Əbülfəz müəllimin ata-babaları keçən əsrin 1932-1937-ci illərində Azərbaycandan Qazaxıstana sürgün olunub. 1962-ci ildə Cənubi Qazaxıstan vilayətinin Maxtaral rayonunda dünyaya göz açan Əbülfəz Müslüm oğlu hazırda ölkənin 20 ən güclü və investisiya qabiliyyətinə malik sahibkarlarından hesab olunur. Ötən ilin sonlarında Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, texnika elmləri namizədi Əbülfəz Müslüm oğlu bu ölkənin ən ali mükafatı sayılan “KÜRMET” ordeni ilə təltif olunub. O Qazaxıstanın müstəqillik tarixində ölkənin ən yüksək Fəxri mükafatına layiq görülən birnci azərbaycanlıdır. Əlbəttə biz onun soydaşımız olmasından fəxr duyuruq. Ot kökü üstə bitər və o Qazaxıstanda yaşayan azərbaycanlıların şanlı ənənələrinin layiqli davamçısıdır. Sovet dövründə sürgündən sonra Qazaxıstanda qalıb yaşayan azərbaycanlılardan on beş nəfəri Sovet dövrünün ən yüksək mükafatına-Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. O dövrdə yerlərdə sürgündə olan insanların sovetlərin belə ali mükafatını alması elə də asan məsələ deyildi. Onlar elə əmək möcüzələri yaratmalıydılar ki, belə bir ada layiq görülsünlər. Ümumən Qazaxıstan azərbaycanlılarının qəribə taleyi var, bu tale faciəvi və şanlı səhifələrlə doludur. Təəssüf ki, onlar barədə Azərbaycanda çox az yazılıb. Zəlimxan Yaqubun “Sürgün” poeması müəyyən qədər bu boşluğu doldursa da, ölkəmizdə Qazaxıstanda yaşayan soydaşlarımız haqqında bilgilər çox azdır. Fəqət onlar Qazaxıstan cəmiyyətində çox fəal mövqe tuturlar. Hətta Qazaxıstan Parlamentində də təmsil olunurlar. Əslən Qubadlı rayonundan olan həmyerlimiz Gülağa İldırımlı artıq ikinci çağırışdır ki, Şimali Qazaxıstanın Petropavlovsk vilayətindən deputat seçilir. Almatıda Qazaxıstan Prezidenti Fondunda tanış olduğum Əbülfəz Xamidov da Qazaxıstanın ictimai-siyasi həyatında böyük çəkisi olan azərbaycanlılardan biridir. O iş adamı olmaqla yanaşı görkəmli bir memardır. İnşa etdirdiyi binaların layihəsini əsasən özü hazırlayır. Belə binalar isə olduqca çoxdur. Onlardan biri də Astanada inşa olunan 14 mərtəbədən ibarət “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi” dir. ümumi smeta dəyəri 10 mln. ABŞ dolları olan bu mərkəz Əbülfəz Müslüm oğlunun şəxsi vəsaiti hesabına həyata keçirilir və Azərbaycan dövlətinə hədiyyə edilib. Söylədiyim kimi, biz onunla Prezident Fondunda tanış olmuşuq. Fondun rəhbəri Qazaxıstan prezidentinin qızı, parlamentin mədəniyyət komissiyasının sədri xanım Dariqa Nazarbayevadır. O, bizə Mahmud Kaşqari adına Beynəlxalq Fondun Bakıda Azərbaycan dilində nəşr etdiyi “Qazaxıstan yolu” kitabının Almatıda təqdimatını keçirməyi təklif etdi və biz bu təklifi məmmuniyyətlə qəbul etdik. Qazaxıstan Prezidenti Fondunda təşkil edilən və ölkə KİV-də geniş işıqlandırılan bu tədbirə Azərbaycan disporunun nümayəndələri də dəvət olunmuşdu. Azərbaycandan gələn nümayəndə heyətinə göstərilən ehtiram və isti qəbul, bizimlə bərabər diaspor nümayəndələrimizi də duyğulandırmışdı. Bu həm də Azərbaycana göstərilən münasibət idi və xalqlarımız arasındakı qardaşlıq belə münasibətlərdə bərkiyir. Biz prezident Fondunun nümüyəndələri ilə birgə layihələrin artırılması variantlarını müzakirə edirik və Əbülfəz müəllim bu cür layihələrə hər şəkildə dəstəyə hazır olduğunu bildirir. Vətənpərvərlik və xeyriyyəçilik onun qanındadır. Qazaxıstanlı soydaşlarımızın mətbu orqanı olan “VƏTƏN” qəzetinin, Qazaxıstan Dövlət radiosunda efirə çıxan həftəlik “Azərbaycan proqramı”nın, bazar günü Azərbaycan məktəbinin, “Bahar” rəqs qrupunun bütün maliyyə xərclərini və digər tədbirlərin məsrəflərini Əbülfəz Müslüm oğlu qarşılayır. O Azərbaycanda doğulmasa da, doğma Azərbaycanını çox sevir. Azərbaycanın Qazaxıstanda daha çox tanınması üçün əlindən gələni edir. Xalq şairi Zəlimxan Yaqubun Qazaxıstana sürgün edilən azərbaycanlıların taleyindən bəhs edən “Sürgün” poeması da onun tərəfindən Almatıda nəşr etdirilib. Bunları mənə Almatıda nəşr olunan azərbaycandilli “Vətən” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli danışır. Mən də deyirəm ki, “belə insanlarımızın Azərbaycanda tanınması çox vacibdir”. Bizimlə yanaşı dayanmış Əbülfəz müəllim isə deyir ki, “ mən etdiklərimi tanınmaq üçün eləmirəm. Bu mənum insani borcumdur. Amma Qazaxıstan azərbaycanlılar barədə Azərbaycan cəmiyyətinin daha cox məlumatlı olmasını istəyirəm”. Biz qələm adamları bu boşluğu doldurmalıyıq yəqin ki. Qazaxıstanda yaşayan soydaşlarımızın faciələri də, zəfərləri də həm də bizimkidir. Onlar bizim qohum-əqrabamızdır və onların həyatı hər bir Azərbaycan sakini üçün maraqlıdır. Onlar yeni vətənləri Qazaxıstanı sevməklə bərabər tarixi vətənləri ilə nəfəs alırlar. Onların arasında Azərbaycanın ənadlı-sanlı ailələrin nümayəndələrinə rast gəlmək olar. Mən onlar barədə geniş bir yazı yazacağımdan, Əbülfəz müəllim barədə söhbətə qayıdıram. Biz son iyirmi ildə Qazaxıstanda və Azərbaycanda gedən prosesləri müzakirə edirik. “Vətən” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli də bizimlədir. Əbülfəz müəllimin ali dövlət mükafatı almasını Ramiz mənə söyləyir, mən fəxrlə soydaşımızı təbrik edirəm. O çox təvazökar adamdır, bir az utanan kimi olur. Sonra deyir:” Mənə verilən bu yüksək mükafat bütün Qazaxıstan azərbaycanlılarına verilən qiymətdir. Qazax və Azərbaycan xalqlarının, eləcə də ümummilli liderimiz Heydər Əliyevlə Nursultan Nazarbayevin tarixi dostluq əlaqələrinin bariz nümunəsi kimi Astanada “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi”nin inşasını tamamladıqdan sonra, rahat nəfəs alaraq arzumun və borcumun bir qismini həyata keçirmiş olacağam. İndidən sizi mərkəzimizin açılışına dəvət edirəm”. Mən ona təşəkkürümü bildirirəm. Qarşılıqlı olaraq o da mənə öz təşəkkürünü bildirir. Deyir, “sənin gördüyün işlər, nəşr etdiyin kitablar burada bizim mövqeyimizi möhkəmləndirir, işimizə təkan verir”. Əlbəttə, hər şey qarşılıqlı olmalıdır, biz Azərbaycanda Qazaxıstanı tanıtmalıyıq, onlar orda bizi. Türk birliyi belə yaranır. Biz bir-birimizi yaxşı tanımasaq hansı birlikdən danışa bilərik? Əsas odur ki, qarşılıqlı olaraq belə bir istək var. Mən Türkdilli dövlətlərin başçılarının Almatı sammitində iştirak etmişəm, dövlət başçılarımızın birlik yönündə israrlı olduğunu görürəm. Amma, təkcə prezidentlər yox, bizim hamımız bu yöndə israrlı olmalıyıq. Qazaxıstanla Azərbaycanı bağlayan genetik qohumluqdan başqa, bizi bir-birimizə bağlayan bir Azərbaycan diasporu da var. Onlar hər iki dövlətin vətəndaşlarıdır və hər ikisini səmimi qəlbdən sevirlər. Soydaşlarımızla əlaqələrimizin sıxlaşmasında göstərdiyi təşəbbüsə görə mən Dariqa xanım Nazarbayevaya da çox minnətdaram. Yəqin ki, bizi hələ çoxlu sayda müştərək işlər gözləyir və nə yaxşı ki, Əbülfəz Xamidov kimi tanınmış iş adamları belə layihələrə dəstək verir.
http://www.olaylar.az/news/social/34613

 

Soydaşımız Qazaxıstan Xalqları Assambleyasının Fəxri Diplomuna layiq görüldü (Foto)

Gönderen: Yalquzaq.com Tarih: 11 Mar 2010 // 2 yorum var

Beynəlxalq “TÜRKEL” Fondunun prezidenti, “TÜRKEL”, “VƏTƏN” qəzetləri, “ALTIN KÖRPÜ” dərgisi baş redaktorunun müavini, “AHISKA” mətbuat mərkəzinin həmsədri Hökümə Xəlilova Qazaxıstan Xalqları Assambleyası və “Etnos-Forum” fondunun Fəxri Diplomuna layiq görülüb. Bu haqda xəbəri Yalquzaq.com-a “Türkel” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli verib.

Diplomu təqdim edən Qazaxıstan Xalqları Assambleyası katibliyinin cənub bölgəsi üzrə nümayəndəsi və “Etnos-Forum” fondunun prezidenti Qabit Nuradil son 6 ildə Hökümə Xəlilovanın Qazaxıstanda yaşayan xalqlar arasında dostluq, birlik, həmrəylik sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Sonra o, jurnalist-filoloq kimi, Hökümə xanımın Azərbaycan-Qazaxıstan əlaqələrində xidmətlərinin öz bəhrəsini verdiyini vurğulayıb.

Etno-mərkəz rəhbərləri və təmsilçilərinin qatıldığı tədbirdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Əbülfəz Müslümoğlu çıxış edərək 1932, 1937 və 1938-ci illərdə ata-babalarının Stalin irticası zamanı Qazaxıstana sürgünü nəticəsində qazax xalqı tərəfindən himayə edilərək, onlara arxa olduqları üçün minnətdarlığını çatdırdı və bu gün 200 mindən çox azərbaycanlının məskunlaşdığı Qazaxıstanın ictimai-siyasi, mədəni həyatında soydaşlarımızın da layiqincə təmsil olunduqlarını bildirdi.

Sonra azsaylı xalqların incəsənət kollektivlərinin konsert proqramı olub. Soydaşlarımızın “OZAN” rəqs qrupunun çıxışları dəfələrlə alqışlarla qarşılanıb.

Soydaşımız Qazaxıstan Xalqları Assambleyasının Fəxri Diplomuna layiq görüldü (Foto)

Gönderen: Yalquzaq.com Tarih: 11 Mar 2010 // 2 yorum var

Beynəlxalq “TÜRKEL” Fondunun prezidenti, “TÜRKEL”, “VƏTƏN” qəzetləri, “ALTIN KÖRPÜ” dərgisi baş redaktorunun müavini, “AHISKA” mətbuat mərkəzinin həmsədri Hökümə Xəlilova Qazaxıstan Xalqları Assambleyası və “Etnos-Forum” fondunun Fəxri Diplomuna layiq görülüb. Bu haqda xəbəri Yalquzaq.com-a “Türkel” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli verib.

Diplomu təqdim edən Qazaxıstan Xalqları Assambleyası katibliyinin cənub bölgəsi üzrə nümayəndəsi və “Etnos-Forum” fondunun prezidenti Qabit Nuradil son 6 ildə Hökümə Xəlilovanın Qazaxıstanda yaşayan xalqlar arasında dostluq, birlik, həmrəylik sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Sonra o, jurnalist-filoloq kimi, Hökümə xanımın Azərbaycan-Qazaxıstan əlaqələrində xidmətlərinin öz bəhrəsini verdiyini vurğulayıb.

Etno-mərkəz rəhbərləri və təmsilçilərinin qatıldığı tədbirdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Əbülfəz Müslümoğlu çıxış edərək 1932, 1937 və 1938-ci illərdə ata-babalarının Stalin irticası zamanı Qazaxıstana sürgünü nəticəsində qazax xalqı tərəfindən himayə edilərək, onlara arxa olduqları üçün minnətdarlığını çatdırdı və bu gün 200 mindən çox azərbaycanlının məskunlaşdığı Qazaxıstanın ictimai-siyasi, mədəni həyatında soydaşlarımızın da layiqincə təmsil olunduqlarını bildirdi.

Sonra azsaylı xalqların incəsənət kollektivlərinin konsert proqramı olub. Soydaşlarımızın “OZAN” rəqs qrupunun çıxışları dəfələrlə alqışlarla qarşılanıb.

Leave a Reply